Şəkərin bağırsaq iltihabına səbəb olduğu kəşf edildi - ARAŞDIRMA
30.10.2020 11:08

Yüksək şəkərli qidalar bağırsaq mikrobiomunun pozulmasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə amerikalı alimlərin siçanlar üzərində apardıqları təcrübələrin nəticələri "Science Translational Medicine" jurnalında dərc edilib.

 

Belə ki, təcrübədə yüksək şəkərli qidalarla bəslənən gəmiricilərin digər siçanlardan daha çox bağırsaq iltihabına həssas olduğunu müəyyən edillib.

Siçanların bağırsaqlarında iltihabi proseslər üç gün ərzində, yüksək şəkərli qida qəbulundan sonra başlayıb.

 

Tətqiqatçılar şəkərlərin bağırsaq epiteliya hüceyrələri tərəfindən istehsal olunan mucusun əsas komponenti olan yüksək molekulyar ağırlıqlı qlikoproteinləri - munitsi aşındıran Akkermansia muciniphila bakteriyalarını dəstəkləyərək bağırsaq mikrobiomunun tərkibini dəyişdirdiyini aşkar ediblər.

 

Bu bakteriyaların əvvəllər antiinflamatuar təsiri olduğu düşünülürdü, hətta piylənmə və 2-ci tip şəkərli diabetlə mübarizə üçün istifadə edilməsi planlaşdırılırdı. Lakin tədqiqatın nəticələri göstərir ki, Akkermansia muciniphila sayının artması bağırsağın daxili divarlarını əhatə edən qoruyucu selik qatının məhv edilməsinə səbəb oldu və bu da digər bakteriyaların selikli qişaya girməsinə imkan verdi. Bu da kolonun iltihabına səbəb oldu.


Bir çox alim inkişaf etmiş ölkələrdə iltihablı bağırsaq xəstəliyinin yayılmasının əsas səbəbinin yüksək şəkərli və yüksək kalorili qidaları ehtiva edən Qərb pəhrizi olduğunu düşünür. Şəkərli qidaların obezlik və diabet riskini artırdığı bilinir, lakin IBD-nin inkişafında şəkərin rolu təsdiqlənməmişdi.


Qeyd edək ki, Kron xəstəliyi və ülseratif kolit kimi iltihablı bağırsaq xəstəliyi (IBD) dünyada 3,5 milyondan çox insanda müşahidə edilir. IBD çəki itirilməsi, şiddətli ishal, qarın ağrısı kimi simptomlarla özünü göstərir. IBD xüsusilə Qərb ölkələrində yayılmış xəstəlikdir. Bu xəstəlik uşaqlarda 1980-ci illərdən sonra daha çox yayılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır