BMT COVID-19 pandemiyası fonunda ölkələri “açıq elm” prinsipini təşviq etməyə çağırır
30.10.2020 09:35

Belə çətin günlərdə səhiyyə sahəsindəki yeni texnologiyalar və elmi kəşflər azlığın sərvəti ola bilməz. Amma bununla belə, onlar hamı üçün əlçatan olmalıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus məlumat yayıb.

 

BMT-nın Xəbərlər Xidməti bildirir ki, COVID-19 pandemiyası baxımından “açıq elm” ideyasını dəstəkləmək məqsədilə BMT-nin bir neçə agentliyinin rəhbərləri çərşənbə axşamı ortaq mübarizəyə çağırış ediblər.

 

Konsepsiyanın əsas mahiyyəti, elmi fəaliyyətin şəffaflığına nail olmaq və elmi tədqiqatlardan və məlumatlardan hamının yararlana bilməsi üçün şərait yaratmaqdır.

 

“Əgər qabaqcıl texnologiyalardan onlara ən çox ehtiyacı olanlar istifadə edə bilmirlərsə, onda onlara nəyə lazımdır? Adətən gizli saxlanılan və ya intellektual mülkiyyət qanunları ilə qorunan məlumatların və informasiyaların mübadiləsi texnologiyanın inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə bilər”, - deyə Tedros Qebreyesus söyləyib.

 

UNESCO-nun baş direktoru Odre Azulenin fikrincə, koronavirusun qlobal pandemiyası ilə mübarizə kontekstində elmi informasiyaya ümumi çıxışın təmin edilməsi çox zəruridir. “Məsələ ilə bağlı dünyanın elmi ictimaiyyətinin nümayəndələri tərəfindən göstərilən həmrəylik təşəbbüsü gələcəyin davranış modelidir. Bu gün elmi fəaliyyətin qapalı modelləri artıq aktual deyil, çünki onlar ölkələr və alimlər arasında bərabərsizliyin artmasına gətirib çıxarır, elmi tərəqqi isə azlığın sərvəti olaraq qalır”, - deyə Azule bəyan edib.

 

Onun sözlərinə görə, ölkələr üçün elmi informasiya mübadiləsi üzrə tövsiyələri özündə birləşdirən beynəlxalq sənədin ilk layihəsi UNESCO-da artıq işlənib hazırlanıb. Son versiyanın 2021-ci ilin axırınadək dövlətlər tərəfindən qəbul ediləcəyi gözlənilir.

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet isə öz növbəsində bildirib ki, qlobal pandemiya şəraitində elmi məlumat və texnologiyalarla mübadilə insan hüquqları məsələsidir. “İctimai səhiyyənin əsas prinsiplərindən biri ictimaiyyətlə tam və açıq qarşılıqlı əlaqənin yaradılmasıdır”, – deyə o, bildirib.

 

Baçelet xatırladıb ki, pandemiya şəraitində elmi faktları inkar etmək və elmi əsaslandırılmış siyasi qərarları qəbul etməkdən imtina etmək cəhdləri əhali üçün fəlakətli nəticələrə gətirib çıxarıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır