Yeni Klinikada ilk dəfə olaraq uşaqlıq boynuna tikiş qoyulması əməliyyatı icra edilib
07.01.2024 16:24
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Mama-ginekologiya şöbəsində ilk dəfə olaraq uşaqlıq boynuna tikiş qoyulması (Serklyaj) əməliyyatı icra edilib.
 
Yeni Klinikadan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinə erkən doğumun əsas səbəblərindən biri hesab edilən uşaqlıq boynunun qısalması diaqnozu ilə daxil olan 23 həftəlik hamilə xəstəyə Uzman mama-ginekoloq Xalidə Əfəndi və Uzman mama-ginekoloq Nigar Almədədova tərəfindən serklyaj əməliyyatı uğurla icra edilib.
 
Beləliklə, düzgün diaqnoz və müalicə nəticəsində əvvəlki hamiləliyi erkən doğuş ilə nəticələnmiş xəstənin hamiləliyi təqibə alınıb.
 
Qeyd edək ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı Yeni Klinikaya müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən tam təmənnasız yararlana bilərlər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev