“Xroniki öskürək və kəskin çəki itirilməsi əsas simptomlardandır” – Ağciyər xərçəngi ilə bağlı bilmədiklərimiz/MÜSAHİBƏ  
29.10.2020 16:33

Erkən mərhələlərdə olan ağciyər xərçəngi özünü hər zaman simptomlarla biruzə vermir.

  

Bunu Almaniyada ağciyər xəstəlikləri və onkologiya üzrə fəaliyyət göstərən həkim-pulmonoloq Dərgah Rüstəmzadə Aztibb.az-a müsahibəsində ağciyər xərçəngi xəstəliyindən danışarkən deyib.

 

Müsahibəni təqdim edirik:

 

 - Ağciyər xərçəngi nədir? Neçə növü olur? Bu xəstəliyə yoluxmaya hansı yaş aralığında daha çox rast gəlinir?

  

- Ağciyər xərçəngi ağciyərin və bronxların bədxassəli şişlərinə deyilir və iki tipdə olur: kiçik hüceyrəli (SCLC) və kiçik hüceyrəli olmayan.

  

Ağciyər xərçənginə (NSCLC) tutulma yaşı əsasən 60 yaş və üzəridir. Tez-tez qarşılaşdığımız kiçik hüceyrəli olmayan tipidir ki, bu növə digərindən ortalama 5 dəfə çox rast gəlinir və müalicəyə müsbət cavab vermə şansı daha çoxdur.

  

- Azərbaycanda ağciyər xərçənginin müalicəsi var? Bu xəstəliyin müalicəsi müasir metodlarla necə aparılır?

 

 - Xəstəliyin müalicəsinə gəldikdə, erkən mərhələlərdə aşkarlanan ağciyər xərçənginə əksər hallarda operativ müdaxilə olunur. Əgər xəstəlik artıq son mərhələdədirsə və metastazlar veribsə tam müalicə haqqında düşünmək mümkün deyil. Lakin xəstəliyin mərhələsi və tipindən, həmçinin orqanizmin ümumi vəziyətindən asılı olaraq, müalicə kimi kimya terapiya, immunoterapiya ve şüalanma oluna bilər. Yaxud bunları kompleks terapiya kimi tətbiq etmək olar. Lakin bu, xəstənin ömrünü yalnız bir neçə aydan, bir neçə ilə kimi uzada bilər. Çünki yuxarı mərhələyə qədər aşkarlanmayan ağciyər xəstəliyinin tam müalicəsi yoxdur. Müalicə olaraq əksər hallarda rutin olaraq 4 kursdan bir döş qəfəsinin, qarın boşuluğunun və kəllənin KT-si olunur. Əgər bu diaqnostikalarda xəstəliyin stabil və ya reqresiya fazasında olduğu məlum olarsa və yeni metastazlar aşkarlanmazsa, bu, xəstəlik müalicəyə müsbət cavab verir deməkdir. Əks halda, daha 2 kurs müalicə və sonra diaqnostikanı təkrarlamaq məsləhətdir.

 

 - Bu xəstəliyin əsas yaranma səbəbi nədir?

 

 - Xəstəliyin əsas yaranma səbəblərindən biri siqaret çəkməkdir. Kişilər daha çox siqaret çəkdiyinə görə, bu xəstəliyə onlarda qadınlara nisbətən 3 dəfə daha çox rast gəlinir.

 

 - Bəzən ağciyər xərçəngi başqa xəstəliklərlə səhv salınır. Bu xəstəliyi necə müəyyən etmək olar? Əsas simptomları nələrdir?

  

- Əsas simptomlarından biri xroniki öskürək və kəskin çəki itirilməsidir. Amma erkən mərhələlərdə olan ağciyər xərçəngi heç də hər zaman özünü simptomlarla biruzə vermir. Hər bir xəstəliyi erkən mərhələsində aşkarlaya bilmək üçün ildə ən azından bir dəfə ümumi kontrol və diaqnostika tövsiyə olunur.

  

- Koronavirus ağciyər xərçəngi yarada bilər?

  

- Ümumilikdə ağciyər xəstəliyinin yaranmasının dəqiq bir səbəbi yoxdur, bir neçə səbəbi var. Lakin COVID-19 buna birbaşa səbəb deyil.

  

- Bu xəstəliyin müayinə və müalicəsində Azərbaycanla Almaniya səhiyyəsi arasında nə kimi fərqlər var?

 

 - Azərbaycanda bu xəstəliyin müalicəsinin hansı metodlar ilə aparıldığına dair məlumatım yoxdur. Onu deyə bilərəm ki, yuxarıda adını çəkdiyim müayinə və müalicə üsulları çox bahalı olduğundan, Azərbaycanda hər kəsin bunu etdirməyə maddi imkanı çatmır. Lakin Almaniyada bu xərcləri xəstəlik sığortası qarşılayır.

  

- Astma ilə COVID-19 arasındakı fərq necə müəyyən edilir?

 

 - COVID-19 ilə astmanı fərqləndirmək çox asandır və bunun ən sadə yolu COVID testidir. Bu xəstəliklər simptomlar olaraq öskürək və nəfəs çatışmazlığına görə bir-birinə oxşasalar da, COVID-19 simptomları arasında qızdırma, kəskin baş və bədən ağrıları, ümumi halsızlıq kimi hallar müşahidə olunur ki, bu hallar da astma xəstəliyində müşahidə olunmur. Bunlardan əlavə hər iki xəstəliyin rentgen nəticələrini müqayisə etdikdə fərq aydın şəkildə görünür.

  

- Astma xəstəliyini əmələ gəlməsinin əsas səbəbi nədir?

  

- Astma xəstəliyi xroniki bir xəstəlikdir və yaranma səbəbləri endogen və ekzogen səbəblər olaraq iki yerə bölünür. Endogen səbəblərə genetika, artıq çəki və psixososial yüklənmələr, ekzogen səbəblərə isə allergenler, infeksiyon xəstəliklər, ətraf mühit, şərait və s. aiddir.

ÇOX OXUNANLAR
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
İşıq çirklənməsi immun sisteminə mənfi təsir göstərə bilər