Ucar Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib
28.12.2023 09:23
Ucar Rayon Mərkəzi Xəstəxanasında növbəti könüllü qanvermə aksiyası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən həyata keçirilən bu aksiya talassemiya və hemofiliyalı xəstəliklərindən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaq məqsədi daşıyır. Xüsusən də, bu aksiya uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyyatını artırmağa dəstək olur. Mərkəzi Qan Bankının tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
 
Aksiyada iştirak edənlər sağlamlığın qorunması üçün qan verməkdən məmnun olduqlarını bildiriblər.
 
Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarda mütamadi olaraq, qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev