ATU-da əcnəbi tələbələrin şahmat turniri keçirilib  
27.12.2023 15:45

ATU-nun “Təbib” idman klubunda əcnəbi tələbələrin şahmat turniri keçirilib. Turnirdə universitetin müxtəlif fakütələrindən 24 tələbə iştirak edib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, yarış şahmat-dama bölməsinin məşqçi-müəllimi Kübra Bacarani tərəfindən FİDE qaydalarına uyğun olaraq qarışıq (qızlar, oğlanlar bir yerdə) formada 7 turdan ibarət keçirilib.

 

7 oyundan sonra Stomatologiya fakültəsinin I kurs tələbəsi Soheyi Mohammadi Azar 7 xalla birinci, MPF-1 fakültəsinin V kurs tələbəsi Omar Baradeiya 5 xalla ikinci, Stomatologiya fakültəsinin I kurs tələbəsi Mobin Pourmarjan Varjovi da 4 xalla üçüncü yerin qalibi olub.    

                           

Yarışın bağlanış mərasimində “Təbib” idman klubunun sədri Qələndər Aslanov çıxış edərək əcnəbi tələbələrə ATU rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini qeyd edib və belə yarışların tədris ili ərzində digər idman bölmələrində də davam etdiriləcəyini vurğulayıb.      

                         

Sonra əcnəbi tələbələrlə iş üzrə “SƏS” təşkilatının sədri, rezident Vafa Mohamed çıxış edərək ATU-da əcnəbi tələbələrə göstərilən qayğıya görə universitet rəhbərliyinə tələbələr adından dərin təşəkkürünü bildirib.      

    

Sonda qaliblər “Təbib” idman klubunun medal və diplomları ilə təltif olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev