ATU-nun tələbələri intellektual yarışın qalibi olublar  
27.12.2023 09:40

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "GINius" intellektual yarışının ölkə finalı keçirilib. Yarışa regionlar və Bakı üzrə seçim turlarında uğurlu nəticə göstərmiş qalib komandalar qatılıb.

Azərbaycan Tibb Universitetindən (ATU) Aztibb.az-a verilən xəbərə görə, "Fibonacci Games" tərəfindən aparılan yarışda 36 komanda 7 tur boyunca müxtəlif mövzular üzrə bilik mübarizəsi aparıblar. Bakı Gənclər Evində seçim mərhələsini keçmiş ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət “Sinaps” komandası ən çox xal toplayaraq birinci olub.



Universiteti təmsil edən gənclər I Müalicə-Profilaktika fakültəsi V kurs tələbəsi Arzu Musayeva, II Müalicə-Profilaktika fakültəsi VI kurs tələbəsi Fərid Məmmədhüseynov, İctimai Səhiyyə fakültəsi IV kurs tələbəsi Cavid Əhmədov və Stomatologiya fakültəsi III kurs tələbəsi Mirleyla Ağayeva olub.



Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və ADBTİA-nın rektoru Fuad Hacıyev təqdim ediblər.



Qeyd edək ki, yarışın start götürdüyü iki ay ərzində ümumilikdə 157 komandada 1000-dək gənc iştirak edib.




Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev