TƏBİB region xəstəxanalarının maddi-texniki bazasını gücləndirməkdə davam edir
27.12.2023 08:59

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.

 

Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, şöbədə müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.

 

Kəskin, xroniki böyrək çatışmazlığı zamanı xəstələrin şöbədə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yeni hemodializ aparatlarının alınması ilə çarpayı sayı 25-ə çatdırılıb.

 

8 həkim-nefroloqun fəaliyyət göstərdiyi şöbə ultrasəs və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlarla tam təchiz olunub.

 

Qeyd edək ki, şöbə ay ərzində 140-dan çox pasiyentə 1 600-dən çox hemodializ seansı aparmaqla fəaliyyət göstərir.

 

TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin infrastrukturunun və maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərin davamı kimi Balakən Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) fəaliyyətə başlayıb.

 

Yeni KT nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir.

 

Qeyd edək ki, kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev