Valideyn himayəsindən məhrum olan uşaqların tibbi müayinələri aparılıb
26.12.2023 14:12

Quba Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən uşaqların icbari dispanserizasiyası prosesi çərçivəsində Zərdabi qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olan uşaqlar üçün tam orta internat məktəbində tibbi müayinələr aparılıb.

 

Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, uşaqların sağlamlığının qorunması, onlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə cərrah, nevroloq, stomatoloq, oftalmoloq, otorinolarinqoloq, pediatr, ginekoloq, dermatoloqun müayinələri keçirilib, uşaqlardan qan analizləri götürülüb və müvafiq müalicələr təyin olunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 23 aprel 109 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydaları"nın 3.4 bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil və ya tərbiyə aldığı müəssisələrdə, ailə tipli uşaq evlərində, eləcə də əhalinin sosial müdafiəsi müəssisələrində onların icbari dispanserizasiyası səhiyyə müəssisələri tərəfindən yaradılmış səyyar briqadalar tərəfindən həyata keçirilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev