Taryel Ömərov beynəlxalq sertifikata layiq görülüb
21.12.2023 16:07

Graduate Medical Education (ACGME) tərəfindən 2021-2022 cil ildə 182 ixtisas və yarımixtisas üzrə 871 institut akkreditasiyadan keçib. Akkreditasiyadan keçən assosiasiyaların içərisində Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyası da var. Metobalik və Bariatrik cərrahiyyə sahəsində aktiv təcrübəyə malik olan və İFSO tərəfindən təklif olunan təhsil və təlim fəaliyyətlərində iştirakını davam etdirən uğurlu İFSO üzvünə isə Fellow of İFSO (FİFSO) adı verilir. ATU əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərov da bu ada layiq görülüb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Qeyd olunub ki, üzvü olduğu milli cəmiyyət İFSO reyestrinə və yaxud İFSO-nun Metobalik və Bariatrik Cərrahiyyə üzrə ümumdünya sorğusuna töhvə verən, eyni zamanda İFSO-nun beynəlxalq standartları əsasında əməliyyatlar həyata keçirən, protokolların, məqalələrin yazılmasında yaxından iştirak edərək öz ölkəsində fəaliyyət göstərən, son 3 ildə İFSO Dunya Konqresində ardıcıl olaraq tezisləri çıxış kimi qəbul edilib əsas proqrama daxil edilən və bu 3 il ərzində ən azı ildə bir elmi məruzə təqdim etmiş cərrah Fellow doctor statusuna layiq görülür və xüsusi sertifikat alır.

 

İFSO prezidenti və FİFSO komitəsinin sədri tərəfindən imzalanmış FİFSO sertifikatları hər il İFSO Dünya Konqresində təqdim edilir.

 

ATU-nun əməkdaşı ölkəmizdə bu adı almış yeganə mütəxəssisdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub