ATU tələbələri Rusiyada mükafatlandırılıb  
06.05.2024 16:29

ATU-nun əməkdaşları və bir qrup tələbəsi Rusiyanın Samara şəhərində keçirilən Ümumrusiya Uşaq Cərrahlarının “Uşaqlarda qarnın ön divarının cərrahi xəstəliyi” adlı simpoziumunda və XXX Ümumrusiya Uşaq Cərrahiyyəsi üzrə tələbə elmi konfransında iştirak edib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Tədbirlərə ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri professor Ramiz Poluxov və kafedranın assistenti Namiq Xəlilov məruzəçi və münsif heyəti üzvü qısmində dəvət alıblar. Eyni zamanda, tələbə elmi konfransında II Müalicə-profilaktika fakültəsinin V kurs, 219R 1a qrup tələbələri İlahə Quliyeva və Xanım Əliyeva onlayn, Səid Qəribov isə şəxsən iştirak ediblər. Onlar professor R.Poluxov və assistent N.Xəlilovun elmi rəhbərliyi ilə “Uşaqlarda hipertrofik pilorostenozun laparoskopik müalicəsinin nəticələri” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Məruzəçilər bildirib ki, anadangəlmə hipertrofik pilorostenoz 3 aylığa qədər uşaqlar arasında mədə keçməzliyinin əsas səbəblərindən biridir: “Bu patologiyanın şərhini ilk dəfə 1888-ci ildə Hirschprung vermişdir. 1908-ci ildə Dufour və Fredet hipertrofiyaya uğramış pilorusun selikaltı qatadək boylama kəsilməsi və əzələ qatının köndələn tikilməsi əməliyyatını təklif etmişdir. 1912-ci ildə Ramstedt tərəfindən təklif olunan piloromiotomiya əməliyyatı indiyədək pilorostenozun cərrahi müalicəsinin standartı hesab edilir. Əməliyyatın laparoskopik variantı isə 1991-ci ildə Allain və Groussean tərəfindən şərh olunub. Laparoskopik əməliyyatların tətbiqindən sonra toxumaların zədələnmə dərəcəsi az və kosmetik nəticələr daha yaxşı olduğundan uşaqlarda pilorostenozun laparoskopik müalicəsinin nəticələrinin müqayisəli öyrənilməsi xüsusi maraq kəsb edir. Məqsəd isə uşaqlarda açıq və laparoskopik piloromiotomiya (LP) əməliyyatlarının nəticələrini müqayisəli qiymətləndirməkdən ibarətdir”.

 

Məruzəçi tələbələr diqqətə çatdırıb ki, uşaqlarda Hirschsprung xəstəliyinin minimal invaziv müalicəsi zamanı bu tədqiqat işi üçün 17 uşaqdan əməliyyatların nəticələri alınıb və növünə görə qruplara ayrılıb. Bu əməliyyatların nəticələrini müqayisə etdikdən sonra tədqiqatın nəticəsi çıxarılaraq Hirschprung xəstəliyində yoğun bağırsağın transanal rezeksiyasının effektivliyi qiymətləndirilib.

 

Qeyd edək ki, beynəlxalq səviyyədə keçirilən toplantıda Rusiya Federasiyasının bütün tibb universitetlərinin nümayəndələri təmsil olunub. Toplantının reytinqinə görə, Azərbaycan Tibb Universiteti II yerə, ATU-nun tələbələri isə III yerə layiq görülərək fəxri diplom, sertifikat və medallarla mükafatlandırılıblar.

 

Universitetimizin nümayəndələri R.Poluxov və N.Xəlilov Samara Dövlət Tibb Universitetinin 105 illiyinə həsr olunmuş tədbirlərdə də iştirak edib və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin təbrik məktubunu yubiley iştirakçılarının nəzərinə çatdırıblar.

 

Tədbirdən sonra rektorun məktubu Samara Dövlət Tibb Universitetinin rektoru, professor A.V.Kolsanova təqdim olunub. Səmimi keçən görüşdə A.V.Kolsanov professor Gəray Gəraybəylini Samara şəhərinə dəvət edib.

 

Tədbir çərçivəsində ATU-nun əməkdaşları Samara şəhərində yaşayan həmvətənlərimizin fəal nümayəndələri ilə də görüşüblər.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə