Əməkdar həkim Yavər Şıxəliyev - Peşəkar həkimlərimizi tanıyaq!
28.12.2023 09:56
"Həkimlərimizi tanıyaq!" rubrikamızın növbəti qonağı Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi, Əməkdar həkim Yavər Şıxəliyevdir.
O, 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib.
Yavər Şıxəliyev 1972-ci ildə Naxçıvan Respublika Onkoloji Dispanserində şöbə müdiri vəzifəsində işləyib. 1973-cü ildən Naxçıvan Respublika Vərəm Əleyhinə Dispanserinə Baş həkim təyin olunub. 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsində müdir, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Elmi-təşkilat şöbəsində müdir vəzifələrində çalışıb.
Azərbaycan Tibb Universitetinin “Ağciyər xəstəlikləri” kafedrasının və Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ftiziatriya” kafedrasının professorudur. Azərbaycan Prezidenti yanında AAK-nın tibb üzrə ekspert şurasının üzvüdür.
Bakı şəhərində vərəmin epidemioloji vəziyyətinin gərginliyi nəzərə alınaraq Yavər Şıxəliyev 1993-cü ildə Bakı şəhərinin Mərkəzi Vərəm Dispanserinə baş həkim vəzifəsinə keçirilib. Fəaliyyəti dövründə respublikada vərəm əleyhinə tədbirlərin həyata keçirilməsində və bu sahədə bir sıra problemlərin həlli istiqamətində mühüm elmi-praktiki işlər həyata keçirib:
- ilk dəfə olaraq respublikada vərəmin epidemiologiyasını gərginləşdirən vərəm residivlərinin qarşısının alınması məqsədi ilə A.Valdın ardıcıl riyazi-statistik proqnozlaşdırma metodundan istifadə edərək vərəm əleyhinə müəssisələr üçün risk qruplarının xarakteristikasını verib;
- ilk dəfə olaraq respublikada vərəmin epidemiologiyasının klimatik, coğrafi, ekoloji amillərdən asılılığını göstərərək xəstəliyin yayılmasının coğrafi xəritəsini tərtib edib;
- ilk dəfə respublikada vərəmin erkən aşkarı istiqamətində profilaktik flüoroqrafiyanın təşkilinin xüsusiyyətlərini öyrənərək praktik ftiziatriyaya tətbiq etməklə müvafiq tövsiyələr verib;
- ilk dəfə olaraq ölkədə vərəmin epidemioloji vəziyyətinə qiymət vermək üçün hesabat forması və epidemioloji göstəricilərin təyini metodlarını hazırlayıb və s.
- ilk dəfə olaraq vərəmin passiv aşkarlanmasının effektliyinin yüksəldilməsi istiqamətində yoluxucu vərəm xəstələrinin, xüsusən spesifik dərmanlara davamlı formaların erkən aşkarı üçün risk qruplarını təyin edib;
Yazdığı bir sıra metodik tövsiyələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tibbi şurası tərəfindən təsdiq edilib.
Yavər Şıxəliyevin ftiziatrlar, ftiziopediatrlar, həkim-rentgenoloqlar və Gigiyena-Epidemiologiya Mərkəzinin əməkdaşları üçün mühüm elmi-praktiki əhəmiyyətə malik olan üç monoqrafiya, bir dərs vəsaiti və bir dərsliyi dərc olunub
Yerli və xarici tibb ədəbiyyatlarında 200-dən çox elmi məqalələri var.
Onun ictimai fəaliyyətinə Bakı şəhərinin baş ftiziatrı, Mərkəzi Həkim Məsləhət Komissiyasının sədri, Ftiziatriya ixtisası üzrə Sertifikasiya Komissiyasının sədri, Respublika üzrə spesifik dərmanlara davamlı xəstələrin müalicəsinə nəzarət komissiyasının sədri və s. vəzifələr daxildir.
Həkim işlədiyi müddətdə respublikada, o cümlədən Bakı şəhərində vərəmin epidemik stabilliyi istiqamətində gördüyü işlərə və qüsursuz fəaliyyətə görə dəfələrlə Azərbaycan, Naxçıvan Səhiyyə Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

