Səhiyyə Nazirliyinin rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2023 15:07

Dekabrın 12-i müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

 

Ümummilli Liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində tədbir və beynəlxalq elmi-praktik konfranslar keçirilib.

 

Ümummilli Lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev