Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
12.12.2023 11:44
Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşəbbüsü, Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə növbəti qanvermə aksiyası keçirilib.
 
Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az bildirilib ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
 
Qan donorluğunda və qana ehtiyacı olan minlərlə insanın həyatının xilas edilməsində fəal iştirak etdiklərinə görə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuru Nuriyev və Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini -ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzovaya Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən təşəkkürnamə təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır