Bu Avropa ölkəsində həkimlər tətilə çıxır
27.10.2020 15:45

İspaniyada tibb işçilərinin ümumi tətili başlayıb.

 

“Euro Weekly News” xəbər verir ki, Dövlət Tibbi İttifaqlar Konfederasiyasının (CESM) İcraçı Komitəsinin çağırışı ilə hər ayın son çərşənbə axşamı günü ölkənin bütün tibb işçiləri tətilə çıxacaqlar.

 

Buna səbəb səhiyyə ocaqlarında müstəsna olaraq qeyri-tibb işçilərini işə qəbul etməyə imkan yaradan krallıq fərmanının təsdiqi olub. CESM-ə görə, belə bir qayda müxtəlif idarələr tərəfindən yeridilən insan ehtiyatları idarəçiliyi siyasətinin fəlakətə uğraması, milli səhiyyə sistemində istər xəstələrin müalicəsi, istərsə də peşə fəaliyyəti üçün şərtlərin təhlükəyə düçar olmasına gətirib çıxaracaq.

 

Təşkilatçılar tətildən vaz keçmək üçün dialoq təşəbbüsü kimi səhiyyə naziri Salvador İlya ilə görüşmək təklifini irəli sürüblər.

 

“El Mundo” xəbər verir ki, tətildə 150 minədək həkim iştirak edə bilər.

 

Xatırladaq ki, pandemiya dövründə 1,1 milyonadək sakinin koronavirusa yoluxduğu, bunlardan 35 mininin öldüyü İspaniyada oktyabrın 25-dən xüsusi hazırlıq rejimi tətbiq edilib və gələn il may ayının sonunadək davam edəcəyi gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır