"Sağlam qadın - sağlam körpə" adlı tədbir keçirilib
02.12.2023 12:41

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın rəsmi tərəfdaşlığı, Medical Media, GV Medikal, World Karyera və Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə "Sağlam qadın - sağlam körpə" adlı maarifləndirici tədbir keçirilib.

 

Bu barədə Aztibb.az Yeni Klinikanın feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Tədbirdə Millət Vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli, Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, xanım sahibkarlar, gənc tibb mütəxəssisləri və yeni ailə həyatı quran cütlüklər iştirak ediblər.

 

Tədbirdə həkim mütəxəssislər tərəfindən sonsuzluq, hamiləlik, bir sıra ginekoloji problemlərlə bağlı müxtəlif mövzularda çıxışlar olub.

 

Son dövrlərdə qadınların səhhətində özünü bariz göstərən bəzi xəstəliklərin sayının artması, bəzi xəstəliklərin isə yaşının cavanlaşması prosesinin sürətli vüsət almasından bəhs edən spikerlər, bu problemlərin qarşısının alınmasında maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev