Azərbaycan oftalmologiyası tarixində ilk dəfə olaraq DMEK əməliyyatı uğurla icra edilib
20.11.2023 14:39
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, 25 buynuz qişa pasiyentlərə köçürülüb. Onlardan 22 əməliyyat t.ü.f.d. Cəmil Həsənov, digərləri isə t.ü.f.d. Polad Məhərrəmov və Rövşən Rəcəbli tərəfindən həyata keçirilib.
 
Eyni zamanda, Azərbaycan oftalmologiyası tarixində ilk dəfə olaraq Cəmil Həsənov tərəfindən DMEK (Desemet Membran Endotelial Keratoplastikası) əməliyyatı uğurla icra olunub. Bu məqsədlə ilk dəfə ölkəmizə xüsusi olaraq DMEK əməliyyatı üçün nəzərdə tutulan və göz bankında xüsusi olaraq hazırlanan buynuz qişa gətirilib. Həmçinin CHED, Peters anomaliyası kimi ağır sindromlu xəstələrə buynuz qişa köçürülməsi əməliyyatları aparılıb.
 
Mərkəzin işçiləri ənənəvi olaraq komanda şəklində fəaliyyət göstərərək çoxsaylı əməliyyatları 2 gün ərzində bitiriblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv