Azərbaycanın Səhiyyə Nazirliyi ilə Kuba İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
17.11.2023 11:46

Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər, mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda imzalayıblar.

 

Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda əməkdaşlıq proqramlarının həyata keçirilməsidir.

 

Sənəddə akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar sahəsində birgə fəaliyyətlər, diplomdansonrakı təlimlər, tibbi turizm əsas əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda, sənəd, yoluxucu və xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.

Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin təlimlərinin keçirilməsi də nəzərdə tutulub.

 

Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.

 

Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.

 

Görüşdə, həmçinin sənəddə nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub