10 nömrəli Uşaq Poliklinikasında diabet məktəbinin açılışı olub
15.11.2023 10:16
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 10 nömrəli Uşaq Poliklinikasında diabet məktəbinin açılışı olub.
 
Aztibb.az Mərkəzin feysbuk səhifəsinə istinadla xəbər verir ki, tədbirdə diabet xəstəsi olan uşaqlar, onların valideynləri, poliklinikanın tibb kollektivi və Mərkəzin rəsmiləri iştirak ediblər.
 
Tibb müəssisəsinin baş həkimi Aygün Məmmədova ölkəmizdə diabet xəstəliyinin uşaqlar arasında da yayılmasına diqqət çəkərək uşaq poliklinikasında belə bir diabet məktəbinin fəaliyyətə başlamasının əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd diabet xəstələrinin maarifləndirilməsidir. Onun sözlərinə görə, şəkərli diabet xəstələrinin yediyi qidaların tərkibi və miqdarı barədə, idman öncəsi və sonrası qan şəkərinə nəzarət, şəkərli diabet xəstəliyinin kəskin və xroniki ağırlaşmaları, diabetin psixoloji yönümləri, xəstəlik zamanı ayaq və dəriyə qulluq və s. mövzularda biliklərin artırılması önəmli faktorlardır. Bundan əlavə, hər bir diabet xəstəsinə məlum olmalıdır ki, yeni xəstəliklər zamanı nə etməli, hansı addımları atmaq zəruridir. Çünki yarana biləcək hər bir problem şəkərli diabetdən əziyyət çəkənlər üçün risk amilidir.
 
Tədbirdə çıxış edən həkim-endokrinoloq Mələk Hüseynova diabet məktəbinin Ümumdünya Diabetlə Mübarizə Günü ərəfəsində fəaliyyətə başlamasına diqqət çəkərək keçirilən bu təlimlərin diabetli uşaqlar tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb. Qeyd edib ki, son dövrlərdə, xüsusən COVID-19 pandemiyasından sonra diabet xəstələrinin sayında artım müşahidə olunur. Bu isə, artıq bu mövzu ilə bağlı maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini zəruri edir. Diabet məktəbi uşaqlara düzgün qidalanma, insulin vurulma, özünəqulluq, hipoqlikemik və hiperqlikemik vəziyyətlərdə ilkin tibbi yardımın göstərilməsi və s. qaydaları əhatə edəcək.
 
1-ci tip şəkərli diabet xəstəliyinin əlamətlərindən də bəhs edən həkim-endokrinoloq bildirib ki, hazırda bu xəstəlik daha çox inkişaf etmiş ölkələrdə rast gəlinir:
“Xəstəliyin əsas əlamətləri sırasında poliuriya, polidipsiya, çox qida qəbuluna baxmayaraq çəki itirmə, halsızlıq, qarında ağrı, ürəkbulanma, qusma, dəri və tənəffüsdən aseton iyi gəlməsini göstərmək olar. 1-ci tip tip şəkərli diabet xəstəliyinin daha çox inkişaf etmiş ölkələrdə rast gəlinməsinin əsas səbəblərinə gəlincə isə bu, qeyri-düzgün qidalanma (fəstfud), oturaq həyat tərzinə meyilliyin artması, internet texnologiyalarının inkişafı və s. yeni dövr səbəbləri ilə əlaqələndirilir”.
 
Diabet məktəbinin yaradılmasının bu xəstəlikdən əziyyət çəkən uşaqlar və onların valideynləri üçün həm də psixoloji dəstək rolunu oynadığını vurğulayan M.Hüseynova bu cür təlimlərinin tibb müəssisəsinin əhatə dairəsində yerləşən orta məktəb və uşaq bağçalarında da keçiriləcəyini nəzərə çatdırıb.
 
Qeyd edək ki, bu cür diabet məktəblərinin gələcəkdə digər uşaq poliklinikalarında da açılması planlaşdırılır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub