Ümumdünya Diabetlə Mübarizə Günü münasibətilə Sumqayıt Tibb Mərkəzi tərəfindən tibbi aksiya təşkil edilib
14.11.2023 17:09
Ümumdünya Diabetlə Mübarizə Günü münasibətilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən tibbi aksiya təşkil edilib.
 
Aztibb.az-a STM-dən bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki 43 nömrəli tam orta məktəbdə baş tutan aksiyada 40 nəfər “Stansiya Sumqayıt” yaşayış massivinin sakini müayinə olunublar.
 
STM-nin terapevti, endokrinoloqu, oftalmoloqu və kardioloqu pasiyentləri müayinələrdən keçiriblər, həmçinin şəkərin təyini ilə bağlı analizlər götürülüb.
 
Xəstəliklər aşkar olunan şəxslərə müalicələr yazılıb, cərrahiyyə əməliyyatına ehtiyacı olanlar isə STM-nin tibb müəssisələrinə dəvət edilib.
 
Müayinə olunanlar sözügedən aksiyanın keçirilməsini əhalinin sağlamlığına göstərilən dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndiriblər.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib