AQTA nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başa çatıb
11.11.2023 16:14

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri yekunlaşıb.

 

AQTA-dan Aztibb.az-a bildirilib ki, səfərin sonuncu günü nümayəndə heyəti Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyində olan Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzə və süd emalı müəssisəsinə baş çəkib. Həmçinin “Rosselxoznadzor”un laboratoriyalarının işi və məhsulların monitorinqi proqramları ilə yaxından tanış olub.

 

Səfərin ilk günü isə nümayəndə heyəti işçi qaydada “Rosselxoznadzor”un əməkdaşları ilə görüşüb. Görüş zamanı heyvandarlıq və bitkiçilik məhsulları üzrə hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması ilə bağlı müzakirələr aparılıb.

 

Səfərin nəticəsi olaraq, AQTA-nın və “Rosselxoznadzor”un baytarlıq nəzarəti sahəsində informasiya sistemlərinin daha da təkmilləşdirməsi istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədəuyğun hesab edilib. Eyni zamanda iki qurum arasında əlaqələrin daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi önə çəkilib. Eləcə də “Rosselxoznadzor” tərəfindən AQTA-nın əməkdaşları üçün təlimlərin təşkil olunmasının səmərəli ola biləcəyi vurğulanıb.

 

Qeyd edək ki, səfər Agentliyin nümayəndələrinin Rusiyanın baytarlıq nəzarəti sistemi və “Rosselxoznadzor”un informasiya sistemlərinin imkanları ilə tanış olması məqsədilə həyata keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub