Onkoloji səbəbdən əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir
10.11.2023 15:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onkoloji xəstəliyi səbəbindən əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsinə başlanılıb.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, xərçəng diaqnozu sonrası depressiya halları, təşviş, çarəsizlik və müalicəyə adaptasiya ilə bağlı problemlər müşahidə edilə bilər.

 

Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin azaldılması və həyat keyfiyyətinin yaxşılaşdırılması, kədər və yalnızlıq hissləri, ölümlə bağlı qayğıların aradan qaldırılması, reabilitasiya prosesinin dəstəklənməsi məqsədini daşıyır.

 

Eləcə də xərçəng xəstəliyi sadəcə xəstənin özünə deyil, yaxınlarında da emosional çətinliklər yaradır. Bu səbəbdən emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsi, maarifləndirmə məqsədilə onların ailə üzvləri də psixo-maarifləndirmə tədbirləri görülür.

 

Onkoloji xəstəlik səbəbindən əlilliyi olan şəxslər üçün psixoloji seanslar həm reabilitasiya müəssisəsi daxilində, həm də səyyar və ya onlayn şəkildə həyata keçirilir.

 

Göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Agentliyin əməkdaşları təlimlərə də cəlb edilib. Təlimlər ilkin psixoloji dəyərləndirmə, onkoloji xəstələrlə sosial-psixoloji reabilitasiya, fərdi psixoterapiyaların və qrupla psixoloji konsultasiyaların təşkil edilməsi və Koqnitiv Davranış Terapiyası mövzularını əhatə edir.

 

Qeyd edək ki, onkoloji diaqnoz və mürəkkəb müalicə prosesi sadəcə fiziki çətinlikləri yox, eyni zamanda psixoloji və sosial problemləri də bərabərində gətirir.

 

Tədqiqatlar göstərir ki, yüksək əhvali-ruhiyyə onkoloji xsətəliklərin müalicəsində ən vacib faktorlardan biridir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub