Səhiyyə Nazirliyinin baş stomatoloqu Belarusda tibb sərgisində iştirak edib
10.11.2023 13:15

Səhiyyə Nazirliyinin baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin elmi katibi, Əməkdar həkim Nazim Pənahov Belarusda keçirilən tibb sərgisində iştirak edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, “Belarus stomatologiyası 2023” (Belarusdent) sərgisində diş xəstəliklərinin müalicəsində istifadə olunan yeni texnologiyalar və materiallar, profilaktikasında əldə olunan yeni tendensiyalar, bu sahəyə dair tibbi avadanlıqlar, diaqnostika cihazları və müalicə preparatları təqdim olunub.

 

Sərgi çərçivəsində, həmçinin IX Beynəlxalq Stomatoloji konqres, müxtəlif ölkələrdən olan mütəxəssislərin seminarları və master-klasları baş tutub. Konqresdə stomatologiyanın aktual problemləri, ortodontiya, ağız-çənə cərrahiyyəsi, implantologiya və digər sahələr üzrə mövzulara həsr edilmiş plenar sessiyalar keçirilib.

 

Sərgi çərçivəsində yerli mediaya müsahibə verən ATU-nun kafedra müdiri Nazim Pənahov bu cür tədbirlərin təcrübə və bilik mübadiləsi, yeni işgüzar əlaqələrin qurulması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

 

Səfər çərçivəsində professor N.Pənahov Belarus Dövlət Tibb Universitetində olub. Belarus Dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Sergey Rubnikoviç N.Pənahovu rəhbərlik etdiyi ali məktəb, universitetin tədris treyninq mərkəzi

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub