AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdədir
09.11.2023 12:48

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib.

 

Bu məlumat Aztibb.az-a AQTA-dan verilib.

 

Səfər çərçivəsində AQTA nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri ilə görüşüb. Görüş zamanı heyvandarlıq və bitkiçilik məhsulları üzrə hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması ilə bağlı müzakirələr aparılıb. AQTA-nın nümayəndə heyəti bu il ərzində Rusiyada fəaliyyət göstərən 100-dən çox heyvan mənşəli yüksək risk qrupuna aid məhsullar istehsal edilən müəssisədə qiymətləndirmə aparıldığını və tələblərə cavab verən 90-dan artıq obyektin təsdiq olunduğunu nəzərə çatdırıb. Eyni zamanda, bu prosesin davam etdirildiyi vurğulanıb.

 

AQTA nümayəndə heyətinin səfər çərçivəsində Rusiyada fəaliyyət göstərən bəzi emal müəssisələrinə baş çəkməsi və “Rosselxoznadzor”un tabeliyindəki təşkilatların işi ilə tanış olması nəzərdə tutulur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub