Abşeron Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi müasir tipli süni böyrək aparatı ilə təchiz olunub  
09.11.2023 09:27

Abşeron Rayon Mərkəzi Xəstəxanasının “Dövlət Proqramı” çərçivəsində fəaliyyət göstərən, müasir standartlara cavab verən Hemodializ şöbəsi “Fresenius 4008 S”, “Gambro AK 98” markalı müasir tipli süni böyrək aparatı ilə təchiz olunub.

 

Aztibb.az bu barədə TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Tibb müəssisəsində günlük 3 növbə olmaqla, 27 hemodializ seansı aparılır. Hər pasiyent üçün seans müddəti 4 saatı əhatə edir.

 

Şöbə xəstəbaşı monitor, EKQ aparatı, süni tənəffüs aparatı və hər çarpayı üçün ayrıca çıxışı olan mərkəzləşdirilmiş oksigen xətti, yemək masası ilə təchiz olunub.

 

Ağır reanimasyon xəstələrdə hemodializ seansları aparmaq üçün bütün imkanlar yaradılıb. Prosedurun uzunmüddətli olmasını nəzərə alaraq rəhbərliyin təşəbbüsü ilə hər xəstə üçün monitorlar quraşdırılıb.

 

Seans müddətində xəstələr komfortlu şəraitdə qayğıkeş personalın xidməti ilə özlərini evindəki kimi hiss edirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub