"Heydər Əliyev və tarixi Zəfərə aparan yol" mövzusunda tədbir keçirilib
08.11.2023 13:01

TƏBİB-in tabeli tibb müəssisəsi olan Tərtər Rayon Mərkəzi Xəstəxanasında "Heydər Əliyev və tarixi Zəfərə aparan yol" mövzusunda tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından xəbər verilib.

 

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

 

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.

 

Hər bir sahədə olduğu kimi, Tərtər Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi də bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Tərtər RMX-nın rəhbərliyi və Tərtər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şurasının təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir.

 

TSİHİ şuarası da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.

Bu nəcib missiyanın davamı olaraq noyabrın 7-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar şəhid və qazi ailəsi üçün Tərtər RMX-da tədbir keçirilib və qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göndərilib.

 

Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.

 

Tərtər RMX-nın direktoru Sərxan Cəlahani qeyd edib ki: “Həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir. Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə şəhid ailəsi və qazilər üçün sovqatlar verildi. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Bu yaxınlarda da şəhidlərimizin ailə üzvlərinin və bir qism qazilər ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə vurulan ağır zərbədən və Zəfər Gününün əhəmiyyətindən danışıb. II Qarabağ müharibəsində qazanılan qələbənin tarixə qızıl hərflərlə yazıldığını vurğulayıb. Zəfər yolunda şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu önə çəkib. Göstərilən diqqətin və bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətində prioritet təşkil etdiyini diqqətə çatdırıb. Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır".

 

Tərtər RMX-nın direktoru əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da davam etdirəcəyik.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Qastrit və xora zamanı necə qidalanmalı?
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub