Yeni Klinika ilə KOTRA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
08.11.2023 10:37

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika ilə Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (Korea Trade-Investment Promotion Agency – KOTRA) arasında görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil olunan görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, KOTRA-nın Azərbaycan üzrə Baş direktoru cənab Kyekvon Co, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərov, inzibati işlər üzrə direktor müavini İlqar Mustafayev və digərləri iştirak ediblər.

 

Tibbi istiqamətlər üzrə əməkdaşlıq müzakirələrinin aparıldığı görüşdə Barat Yusubov klinikanın fəaliyyət istiqaməti və hədəfləri ilə bağlı məlumat verib. Azərbaycan-Koreya münasibətlərinin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün addımlar atıldığını vurğulayan direktor bu münasibətlərin tibbi istiqamətdə də davam etdirməyə hazır olduqlarını bildirib.

 

Klinika ilə yaxından tanış olan Kyekvon Co Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasəti, ölkədə baş verən inkişaf proseslərini və qazanılan nailiyyətləri yüksək qiymətləndirərək Azərbaycanla beynəlxalq əməkdaşlığın önəmli olduğunu qeyd edib.

 

Səmimi keçən görüş çərçivəsində Kyekvon Co bir neçə ay əvvəl səhhətində baş verən problemlə bağlı Azərbaycanda olan tibb müəssisəsələrindən birinə müraciət etdiyini, peşəkar həkimlər tərəfindən müayinə və müalicə olunduğunu bildirib. Baş direktor göstərilən tibbi xidmətdən çox razı qaldığını, ona təyin edilən müalicəni koreyalı həkimlərlə də bölüşdüyünü qeyd edib.

 

Sonda Kyekvon Co klinika ilə yaxından tanış olmaq üçün Təcili və təxirəsalınmaz tibbi yardım, Radiologiya, Pediatriya və s. şöbələrlə tanış olub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub