Mərkəzi Neftçilər Xəstəxanasında şəhid ailələri və müharibə iştrakçıları ilə görüş baş tutub
07.11.2023 16:12

Zəfər Günü ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasında şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Tədbirdə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov və əməkdaşları iştirak ediblər.

 

Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.

 

I Qarabağ Müharibəsi iştirakçısı, direktor Musa Abbasov tədbirdə çıxış edərək Zəfər Günü münasibətilə kollektivi təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb. O, həmçinin Vətən müharibəsində qələbənin qazanılmasında Mərkəzi Neftçilər Xəstəxanasının kollektivinin də əməyini qeyd edib.

 

Daha sonra şəhid ailələri və müharibə iştirakçılarının çıxışları dinlənilib. Şəhid ailəsi üzvü Pərizad Baxşəliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub