Gəray Gəraybəyli: Şanlı qələbəmiz gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir  
07.11.2023 12:34

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ATU-nun şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid həkimlərimizin əziz və unudulmaz xatirəsi yad olunub, abidə önünə gül dəstələri düzülüb.

 

Daha sonra universitetin rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları olan şəhid ailəsi üzvləri arasında görüş keçirilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli II Qarabağ müharibəsinin Azərbaycan xalqının Zəfər salnaməsi, şanlı qələbəmizin gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsi olduğunu qeyd edib. Bildirib ki, həm 44 günlük Vətən müharibəsi, həm də bu ilin sentyabr ayında rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam təmin olunması ilə nəticələnib, eyni zamanda bütün dünyaya Silahlı Qüvvələrimizin gücünü və peşəkarlığını göstərib.

 

Professor Gəray Gəraybəyli müharibə və antiterror əməliyyatı zamanı ölkəmizin şəhidlər verdiyini, onların arasında ATU məzunlarının da olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, müqəddəs peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalanhəkimlərimizin xatirəsi ATU-da daim əziz tutulur. 

 

Rektor şəhid ailələrinə göstərilən diqqət və qayğının Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

 

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən daimi diqqət və qayğıya görə həm dövlət rəhbərliyinə, həm də ATU-nun kollektivinə təşəkkürlərini çatdırıb, bəzi məsələlərin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.

 

ATU rektorunun daim şəhid ailəsi üzvlərini, qazi əməkdaşlarımızı diqqətdə saxladığını bildirən Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, bu əlamətdar günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, şəhidlərimiz canı və qazilərimizin gücü sayəsində qeyd etdiyimizi vurğulayıb. 

 

Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin iştirak etdiyi görüşün sonunda rektor, professor G.Gəraybəyli hər bir azərbaycanlı üçün mühüm olan Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, xalqımızın bundan sonra yalnız qələbələr yaşaması arzusunu dilə gətirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub