Oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
24.10.2020 10:37

“Rotari” beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan və hər il oktyabrın 24-də qeyd edilən Ümumdünya Poliomielitlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək və, həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.

 

Ümumdünya Poliomielitlə Mübarizə Gününün oktyabrın 24-nün seçilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün poliomielitə qarşı vaksinin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir.

 

Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə qlobal təşəbbüs yaranıb.

 

1995-cı ildən sonra ölkəmizdə poliomielit xəstəliyi qeydə alınmır. Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Həmin təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməlidirlər. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet yaranır.

 

Ölkəmizdə Səhiyyə Nazirliyinin tibb müəssisələrində bütün uşaqlara poliomielitə qarşı peyvənd dövlət hesabına edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır