İsrail Məhərrəmbəylini 60 illik yubileyi münasibətilə təbrik edirik!
05.11.2023 10:16

Səhiyyə nazirliyinin baş anestezioloq-reanimatoloqu, Azərbaycan Tibb Universitetinin Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, II Müalicə-profılaktika fakültəsinin dekanı, Tədris Cərrahiyyə Klinikasında "Ağırlaşma və ölüm hallarının araşdırılması" komissiyasının sədri İsrail Məhərrəmbəylinin 60 yaşı tamam olub.

 

Aztibb.az xəbər verir ki, İsrail Məhərrəmbəyli 1963-cü il noyabr ayının 4-də Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olub. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə qəbul olub, 1992-ci ildə I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin il universitetin Elmi Şurasının qərarı ilə Anesteziologiya-reanimatologiya kafedrasında baş laborant vəzifəsinə saxlanılıb. O, 1995-ci ildə həmin kafedranın assistenti, 2008-ci ildən kafedrada dosent vəzifəsində çalışır.

 

İsrail Məhərrəmbəyli 2000-ci ildə "Yayılmış irinli peritonitli xəstələrdə immun sistemin göstəricilərinin proqnostik əhəmiyyəti və korreksiyası" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. O, 80-ə yaxın elmi işin, 2 metodik vəsaitin müəllifi, "Reanimatologiya" dərsliyinin həmmüəllifidir. 2011-2016-cı illərdə I Müalicə-profilaktika fakültəsinin Həmkarlar Təşkilatının sədri işləyib, 2016-cı ilin dekabr ayından II Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə seçilib.

 

İsrail Məhərrəmbəylini 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub