"Medinex" sərgisi panel müzakirələri ilə işini davam etdirir
04.11.2023 15:20

TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin tədbirlər proqramı çərçivəsində “Pediatriyada aktual mövzular” adlı panel müzakirəsi keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, panel sessiyasında Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru, uzman pediatr Erkin Rəhimov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Rəşad Tağıyev, “Nəfəs” Psixonevroloji Sağlamlıq Mərkəzinin uzman psixiatrı İkram Rüstəmov təqdimatlarla çıxış ediblər.

 

Erkin Rəhimov “Yenidoğulmuşlarda təhlükə işarələri” mövzusundakı çıxışında neonatal dövr haqqında ümumi danışıb. E.Rəhimov Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə yenidoğulmuşlarda təhlükə işarələrindən bəhs edib, fotolar vasitəsilə rast gəlinə bilən hallar üzrə iştirakçıları məlumatlandırıb.

 

Rəşad Tağıyev “Hərarətdən qorxaqmı?” mövzusunda çıxış edərək uşaqlarda yüksək hərarətin tərifi və müalicəsi haqqında məlumat verib. O, çıxışında yüksək hərarət, bədən hərarətinin ölçülmə qaydası, yüksək hərarət zamanı diqqət edilməli məqamlar, hərarətin faydaları və zərərləri, etiologiya, anamnez mövzuları barədə danışıb, yüksək hərarət zamanı müalicə üçün tövsiyələrini bildirib.

 

İkram Rüstəmov “Müxtəlif autizm spektorlu uşaqlar” mövzusundakı çıxışında bildirib ki, autistik spektr pozuntularının inkişafla əlaqəli ünsiyyətin və davranış pozuntularının olduğu , geniş simptom çeşidliliyi göstərən bir xəstəliklər qrupudur. İ.Rüstəmov autizmin diaqnozu, epidemiologiyası, genetik səbəbləri, mühitlə əlaqəli təsirləri barədə iştirakçıları məlumatlandırıb.

 

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub