Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin edilib
04.11.2023 13:09

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında (RMX) Natiq Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasında Loğman Hacı Bədəlli, Laçın Rayon Mərkəzi Xəstəxanasında isə Orxan Cəbrayılov direktor vəzifəsini icra edəcəklər.

 

Hacıqabul RMX-nin direktoru Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.

 

Samux RMX-nin direktoru Loğman Hacı Bədəlli ixtisasca oftalmoloqdur. O, yeni təyinatınadək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçisi, oftalmoloq-cərrah kimi fəaliyyət göstərib.

 

Laçın RMX-nin direktoru Orxan Cəbrayılov ixtisasca terapevtdir, bundan əvvəl sözügedən xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Eyni zamanda, Hikmət Fərəməzov Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri, Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini, Elnur Abdullayev isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsinə təyin ediliblər.

 

Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri Hikmət Fərəməzov ixtisasca terapevtdir. O, bu vəzifəsinədək sözügedən xəstəxananın Statistika bölməsinin müdiri olub.

 

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

 

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim Elnur Abdullayev ixtisasca anestezioloq-reanimatoloqdur. Bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub