Naxçıvan Səhiyyə Nazirliyində İzmir Katip Çələbi Universitetinin rektoru ilə görüş keçirilib
04.11.2023 13:11

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov İzmir Katip Çələbi Universitetinin rektoru, prof. Saffet Köse ilə görüşüb.

 

Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib ki, görüşdən məmnunluğunu ifadə edən Samiq Sadıxov səfərin ikitərəfli əməkdaşlığa səbəb olmasını arzuladığını bildirib. İKÇU-nin səhiyyə sahəsindəki bilik və təcrübəsindən yararlanmaq istədiklərini bildirən Samiq Sadıxov qeyd edib ki, universitetin səhiyyə sahəsində çalışan professorlarının təcrübələri Naxçıvan səhiyyəsi üçün çox faydalı olacaqdır.

 

“İKÇU ilə həkimdən tibb bacısına qədər səhiyyə sistemimizdəki bütün səhiyyə işçilərini əhatə edəcək bir mübadilə proqramı təşkil etməyi istəyirik. Biz bununla bağlı istənilən əməkdaşlığı və birgə mübadilə proqramını reallaşdırmaq niyyətindəyik”, - deyə Samiq Sadıxov vurğulayıb.

 

Prof. Saffet Köse qardaş dövlətlər olaraq aralarındakı əlaqələrin gücləndirilməsi üçün hər cür töhfə verməyə hazır olduqlarını söyləyib.

 

Görüş əməkdaşlıq sahələrinin müzakirəsi ilə başa çatıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub