Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ATU-da olub  
04.11.2023 09:06

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı arasında görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Görüşdə professor Gəray Gəraybəyli cənab səfirə iki ölkə arasında olan qardaşlıq münasibətlərindən bəhs edərək 44 günlük Vətən Müharibəsi dövründə Türkiyənin bizə olan qardaşlıq münasibətini yüksək qiymətləndirildiyini bildirib. Rektor G.Gəraybəyli həmçinin son illərdə ATU ilə Türkiyənin müxtəlif ali məktəbləri arasında imzalanmış memorandumlar, əməkdaşlıq sazişləri və qarşılıqlı işlər, ikili diplom layihələri və digər ortaq layihələrdən bəhs edib.
Azərbaycanda Türkiyə vətəndaşlarının ən çox təhsil aldığı  universitetin ATU olduğunu vurğulayan rektor professor Gəray Gəraybəyli ikili diplomların tətbiqi ilə bağlı atılan addımlardan da danışıb.

 

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ATU ilə Türkiyə universitetləri arasında qurulmuş əməkdaşlıqlardan məmnun qaldığını və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsini arzu etdiyini bildirib. Cənab səfir iki ölkənin ali məktəbləri arasında elm və təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edərək gələcəkdə bu sahədə əməkdaşlıqların qurulmasında səfirliyin dəstək olacağını bildirib.

 

Görüş zamanı ATU və Türkiyənin universitetləri arasında münasibətlərin intensivləşməsi,  ölkələr arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və s. sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Görüşdə Təhsil müşaviri Yurdagül Aydoğan, Birinci katib Öncü Güneş, ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor Orxan İsayev iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub