"Medinex" çərçivəsində “Minimal invaziv cərrahiyyədə yeniliklər” panel müzakirəsi təşkil olunub
03.11.2023 10:20

TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin tədbirlər proqramı çərçivəsində “Minimal invaziv cərrahiyyədə yeniliklər” adlı panel müzakirəsi keçirilib.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

 

Panel sessiyasında Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahı, professor Qurbanxan Müslümov, Bakı Sağlamlıq Mərkəzinin mama-ginekoloqu, professor İslam Mahalov, Yeni Klinikanın uroloqu Emil Muxtarov, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin üzvü Nərgiz Əfəndiyeva təqdimatlarla çıxış ediblər.

 

Panel sessiyalarında “Minimal invaziv cərrahiyyədə minimal invaziv yanaşmalar və trendlər”, “Müasir ginekoloji cərrahiyyədə minimal invaziv yanaşmalar, “Urologiyada ən son invaziv texnologiyalar”, “Minimal invaziv müdaxilədən endoluminal cərrahiyyəyə gedən yol” mövzuları müzakirə edilib.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub