Cənub regionunda ilk dəfə olaraq qapalı travmatoloji əməliyyat həyata keçirilib
30.10.2023 21:00

Salyan Rayon Mərkəzi Xəstəxanasında cənub regionunda ilk dəfə olaraq qapalı travmatoloji əməliyyat icra olunub.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, tibb müəssisəsinə müraciət edən 1961-ci il təvəllüdlü pasiyentə sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin üzərində qapalı travmatoloji əməliyyat - anteqrad üsulla bud sümüyünün kilidli çivi ilə intramedulyar (sümük iliyi daxili) osteosintezi əməliyyatı icra olunub.

 

Əməliyyat uğurla nəticələnib və pasiyent 48 saat müşahidə altında saxlanıldıqdan sonra xüsusi hərəkət məhdudlaşdırıcıları, gips və s. olmadan ambulator müalicə üçün evə buraxılıb.

 

Qeyd edək ki, Salyan Rayon Mərkəzi Xəstəxanası müasir - elektron optik görüntüləmə cihazı, travmatoloji əməliyyat alətləri ilə təmin olunub. Bununla da tibb müəssisəsində yeni avadanlıqlarla icra oluna bilən mürəkkəb əməliyyatlara start verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub