Respublika Perinatal Mərkəzində ilk dəfə yenidoğulmuşa “Qasrtoşizisin təmiri” əməliyyatı uğurla icra edilib
29.10.2023 18:25

TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin təşəbbüsü ilə Respublika Perinatal Mərkəzində ilk dəfə “Qastroşizis” diaqnozlu yenidoğulmuşa “Qasrtoşizisin təmiri” əməliyyatı uğurla icra edilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, uşaq qeysəriyyə yolu ilə vaxtından əvvəl – 36 həftəliyində 2,6 kiloqram çəki ilə dünyaya gəlib.

 

2 saat davam edən əməliyyat Nizami Tibb Mərkəzinin uzman uşaq cərrahı Cavid Nağıyev və reanimatoloq-anestezioloq Sərxan Əliyev tərəfindın icra olunub.

 

Qeyd edək ki, “Qastroşizis” nadir neonatal xəstəlik hesab olunur və inkişaf qüsurudur. Qarının ön divarında, göbək ətrafında əzələ qatı bətn daxilindən defektiv olduğundan, bağırsaqlar qarın boşluğunda deyil, xaricdə olur. Qastroşizisin cərrahiyyə əməliyyatı olduqca mürəkkəbdir.

 

Eyni zamanda, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə peşəkar neonatal xidmət tələb olunur.

 

Əməliyyat olunan yenidoğulmuşun Respublika Perinatal Mərkəzində müalicəsi davam etdirilir. Süni tənəffüs aparatında izlənilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub