Sabunçu Tibb Mərkəzinin direktoru 2 nömrəli Doğum Evində görüş keçirib
27.10.2023 15:14
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova mərkəzin tabeli xəstəxanası olan 2 nömrəli Doğum Evində görüş keçirib.
 
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, direktor müavini İlahə Şükürovanın, müvafiq şöbə və bölmə rəhbərlərinin də qatıldığı görüşdə Doğum Evinin rəhbəri-direktor müavini Səadət Şamilova tibb müəssisəsinin fəaliyyəti haqqında rəhbərliyə məlumat verib.
 
Səadət Şamilova tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mərkəz tərəfindən görülən işlərdən də danışıb.
 
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova tibb müəssisələrinin yeni müasir tibbi avadanlıqlarla təchiz edilməsi ilə bağlı TƏBİB rəhbərliyi tərəfindən həyata keçirilən addımları kollektivin diqqətinə çatdırıb. Direktor, həmçinin kadr potensialının gücləndirilməsinin, tibb personalının peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb.
 
N.Bəşirova çıxışında pasiyent məmnunluğunun ən vacib şərtlərdən biri olduğunu qeyd edib və tibbi heyətin göstərdiyi xidmətləri yüksək dəyərləndirib.
 
Sonda tibbi personalı maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub