Su yeni qızıldır - Avropa qlobal su çatışmazlığı ilə üz-üzədir
25.10.2023 10:06

Dünyanın qlobal problemləri sırasında içməli su problemi daha çox narahatlıq yaratmaqdadır. Bir çox ölkələr şirin su qıtlığı ilə üzləşir və çox qənaət etmək məcburiyyətindədirlər. 

Aztibb.az sözügedən mövzuda "Arqumentı i Faktı" nəşrində dərc edilən məqaləyə diqqət çəkib.

Aİ ölkələri problemin həlli istiqamətində çoxsaylı hökumət qərarları həyata keçirməkdədirlər. Məsələn, Litvada gündə adambaşına 10 kubmetrdən çox olmayan standart tətbiq edilib. Artıq parlament çay və göl sularından istifadəni tənzimləyir. Vətəndaşlar Ətraf Mühitin Mühafizəsi Agentliyinin xüsusi reyestrində qeydiyyatdan keçməli və normadan artıq istehlak edilmiş suyun uçotunu aparmalıdırlar. İnnovasiya 2024-cü ildə qüvvəyə minir, lakin artıq çoxlu hiddətə səbəb olub.

Çayların səviyyəsi aşağı düşür

Polşada suyun qorunmasına hərtərəfli yanaşılıb. Varşavada bərə reysləri dayandırılıb. Su qıtlığı ilə bağlı rəsmi addım olmasa da, daim qənaət çağırışları səslənir. Vistula çayının səviyyəsi demək olar ki, rekord həddə düşüb. Varşavada “Suya Hörmət Et” kampaniyasına start verilib. Bu, qaz və elektrik enerjisinə qənaət etmək üçün edilənlərə bənzəyir. Meriya məsləhət görür ki, məsələn, dişlərinizi fırçalayarkən su kranını bağlayın, tərəvəz və meyvələrin yuyulmasından qalan suyu gül və bağçanızı sulamaq üçün istifadə edin. Paltarları əl ilə yaxalamaqdansa, paltaryuyan maşınlardan istifadə etmək daha yaxşıdır.

Ən qəribəsi az paltar almağa çağırış kimi görünür: onların istehsalına böyük miqdarda su sərf edildiyi iddia edilir.

Sinoptiklər isə polşalıları sevindirəcək xəbər verimir. Başqa bir təhlükə ondan ibarətdir ki, uzun müddət davam edən quraqlıq hidrogeoloji quraqlığa səbəb ola bilər.

“Biz heç vaxt belə quraqlıq yaşamamışıq”

KİV-in məlumatına görə, bu sözləri Fransanın ekologiya naziri Kristof Beşu deyib: “Biz özümüzü artıq normal adlandırmaq mümkün olmayan şəraitdə görürük. Biz heç vaxt belə quraqlıq yaşamamışıq. Pis xəbər isə odur ki, gördüyümüz qədər bunun dayanacağını düşünmək üçün heç bir əsas yoxdur”.

Ən çox fermerlər əziyyət çəkir: suvarma üçün su yoxdur, məhsul ölür. Bu yay son 60 ilin ən isti yayı olub: cəmi 9,7 millimetr yağıntı düşüb.

Hətta Fransanın Drome departamentində atom elektrik stansiyasının reaktorlarından birini dayandırmaq istəyiblər: su artıq onu soyutmurdu. Artıq ölkənin enerji potensialının yarıdan çoxu işləmir. Bütün ərazidə qırmızı məhdudiyyətlərin ən yüksək səviyyəsidir.

Su təchizatına qənaət etmək məqsədilə məişət ehtiyacları üçün göllərdən müvəqqəti olaraq su götürülür. Patrullar hovuzların doldurmaması, bağları sulamaması və avtomobilləri şirin su ilə yumamasına nəzarət edir. Bir adam üçün gündə 200 litrdən çox olmayan istehlaka icazə verilir. Küçələrin su ilə təmizlənməsi dayandırılıb.

Fransanın Alp dağlarında da ekoloji fəlakət mümkündür. Orada bir vaxtlar dərinliyi 40 metrə çatan göl artıq Yer üzündən yox olub.

İtaliya da su qıtlığından əziyyət çəkir. 16 şəhər qırmızıya, ən yüksək həyəcan səviyyəsinə daxil olub. Po çayı dayazlaşıb: sahillər boyu əkin sahələri səhraya bənzəyir.

Su problemlərinin həllinə yanaşmalar

İspaniyada 43 dərəcə istiyə qadın adı Zoe deyilirdi. Digər Avropa ölkələrində olduğu kimi, hakimiyyət məhsulun qıtlığından narahatdır. Sakinlərə həmçinin həftədə iki dəfədən çox olmamaqla bağlarını sulamaları və gecələr su prosedurları etmələri tövsiyə olunur.

Britaniyanın Temza çayı da quruyub. Əhaliyə şirin suyun ciddi şəkildə qorunması rejimi təyin olunub. Üstəlik, hələ 2010-cu ildə Londonda dəyəri milyonlarla funt sterlinqlə ölçülən suyun duzsuzlaşdırılması zavodu tikilmişdir. O, bu problemi həll etməyə kömək edə bilərdi, lakin indi başqa bir problemə - həddindən artıq bahalı elektrik enerjisinə görə fəaliyyətsizdir.

Hollandiya hakimiyyəti əhaliyə avtomobilləri şirin su ilə yumamağa, duşda olarkən suya qənaət etməyə və qazonları sulamamağa göstəriş verib.

Hollandiyanın İnfrastruktur və Su İşləri Naziri Mark Harbers deyib: “Quraqlıq o deməkdi ki, milli ehtiyaclar çaylar və yağışlar vasitəsilə ölkəyə axan suyun miqdarını üstələyir”.

Almaniyada Şəhərlər və Bələdiyyələr Birliyi su qıtlığı ilə bağlı ciddi xəbərdarlıq edib. Bir çox KİV susuzluğu yatırtmaq üçün məsləhətlər verən mütəxəssislərdən sitat gətirir: xiyar, pomidor və balqabaq yemək lazımdır.

Almaniya hökuməti dəfələrlə insanları su ehtiyatlarının istehlakına ağıllı yanaşmağa çağırıb. Mütəxəssislər indi Baltik və Şimal dənizlərinə axan tullantı sularını məişət ehtiyacları üçün hansısa yolla saxlamağı planlaşdırırlar.

Su avropalılar üçün qızıl kimi dəyərli olmaqdadır.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub