Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə uğurla əməliyyat olunub
24.10.2023 11:28

Uşaq doğulduqda diaqnoz qoyulmadığına görə, qidalandırılıb və 3 günlüyündə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb.

 

Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.


Ətraflı müayinə zamanı körpəyə qida borusunun atreziyası, distal traxeoezofageal fistul, aspirasion pnevmoniya diaqnozu qoyulub.

 

Həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Umud Musayev tərəfindən uşaq cərrahı Zülfiyə Məmmədovanın assisentliyi ilə körpəyə sağ tərəfli torakotomiya, distal traxeoezofageal fistulun ləğvi, uc-uca ezofaqo-ezofageal anastomoz əməliyyatı icra olunub.

 

Əməliyyatdan sonra Reanimasiya şöbəsində kompleks müalicə davam etdirilib. Uşaq kafi vəziyyətdə, sağalma ilə evə yazılıb.

 

Körpənin valideynləri RİTŞ-nin şöbə müdiri Regina Nemətovaya, müalicə həkimi reanimatoloq Gülnarə Quliyevaya, Uşaq cərrahiyyə şöbəsinin müdiri Umud Musayevə, uşaq cərrahı Zülfiyyə Məmmədovaya, anestezioloq Afaq Salmanovaya təşəkkür ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub