AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalı daha bir nüfuzlu bazaya daxil edilib
23.10.2023 15:24

AMEA-nın ingilis dilində nəşr edilən “Həyat Elmləri və Biotibb” (Journal of Life Sciences and Biomedicine) jurnalının (ISSN: 2710-3447, 2710-4915) beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil edilməsi və indekslənməsi istiqamətində son dövrlərdə əhəmiyyətli uğurlar əldə edilib.

 

Aztibb.az-a AMEA-dan bildirilib ki, hər il müntəzəm olaraq 2 nömrəsi dərc edilən jurnalın elektron saytı (https://www.jlsbjournal.org) həm struktur, həm də məzmun baxımından təkmilləşdirilib, arxiv bazası genişləndirilib, son 13 ildə dərc olunmuş nömrələrin bütün məqalələrinə DOİ-lər alınaraq saytda yerləşdirilib.

 

Bu günlərdə “Həyat Elmləri və Biotibb” jurnalının müvafiq meyarlarla qiymətləndirmə proseslərindən uğurla keçərək indeksləndiyi bazalara daha biri əlavə edilib. Jurnal “ADVANCED SCIENCES INDEX™” (ASI), “AGRİS” (International System for Agricultural Science and Technology), “ASCI-Database” (Asian Science Citation İndex) bazalarının ardınca “ICI Journals Master List” (İndex Copernicus İnternational) bazasında da indekslənib. Həmçinin ICI bazasında jurnalın 2022-ci ildə fəaliyyəti ilə bağlı məlumatların yoxlanılması əsasında onun parametrik gücünün dəyəri hesablanıb: ICV 2022 = 83,18.

 

Hazırda jurnalın digər nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyət davam etdirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub