Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində maarifləndirici seminarlar davam etdirilir
20.10.2023 11:12
Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Bu ayın keçirilməsində məqsəd qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır.
 
Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində Diaqnoz Tibb Mərkəzi tərəfindən bu dəfə “Azərsığorta” Dövlət Sığorta Kommersiya və “Baker Hughes, a GE company” şirkətlərində maarifləndirici seminarlar təşkil olunub.
 
Seminarlarda Diaqnoz Tibb Mərkəzinin radioloqu Könül Məmmədova, mammoloqu Kəmalə Rəhimova və mama-ginekoloqu Gülnar Ağayeva "Süd vəzilərin sağlamlığını qoruyaq” mövzusunda təqdimatla çıxış ediblər.
 
Maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayını simvolizə edən çəhrayı lentlər paylanılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır