Əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılıb
18.10.2023 18:32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılıb.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, paytaxt əhalisi haqqında tibbi məlumatların toplanmasına, gələcəkdə xəstəliklərin vaxtında aşkarlanmasına, risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə və vaxtında müayinələrin aparılmasına xidmət edən bu proses nəticəsində Bakı şəhəri üzrə artıq 2 milyona yaxın vətəndaşın tibb müəssisələrinə təhkim olunması üçün qeydiyyatı aparılıb.

 

“E-tabib” mobil tətbiqində bu məqsədlə yeni qeydiyyat sistemi yaradılıb.

Bakı şəhərində proses başa çatdıqdan sonra respublikanın ayrı-ayrı rayonları üzrə də əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılacaq.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na əsasən aparılan proses yeni yaşayış yerləri və əhalinin sayı üzrə xidmət əlçatanlığını təmin etmək, yaşayış yerləri üzrə ehtiyacı müəyyənləşdirərək tibbi xidmət şəbəkəsinin qurulması, dispanser qeydiyyatında olan xəstələrin, tibbi xidmətə ehtiyac duyan həssas əhali qrupunun dəqiq sayının müəyyənləşdirilməsi, dispanser müşahidəsinin təşkili, vətəndaşların tibbi sənədlərinin toplanması və sistemləşdirilməsi məqsədi daşıyır.

 

Bu, eyni zamanda uşaq əhalisinin vaksinasiya planının daha dəqiq tərtib olunmasına və həmin təqvim planına əsasən peyvənd preparatlarının alınmasına, risk qrupunda olan uşaqların və eləcə də böyüklərin müayinəsinin aparılmasının asanlaşmasına imkan verəcək. İlin sonuna qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Bakı şəhərində bu prosesin yekunlaşdırılması planlaşdırılır.

 

Bu proses, həmçinin gələcəkdə həkimlərin qiymətləndirilməsini, onların iş yükünün müəyyən olunmasını və xəstə sayı haqqında məlumatları da əlçatan edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub