Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ümumdünya Səhiyyə Sammiti - 2023-də iştirak edir
17.10.2023 08:44

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.ü.f.d. Ceyhun Məmmədov Ümumdünya Səhiyyə Sammiti 2023 forumunda iştirak etmək üçün Almaniya Federativ Respublikasının Berlin şəhərinə ezam olunub.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, 15 oktyabr 2023-cü il tarixində işə başlayan forumda qlobal səhiyyənin aktual məsələləri: daha sağlam gələcək üçün tibb sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, qlobal sağlamlığın əsas siyasi məsələ kimi tanınmasını təşviq etmək, dünyanın bütün ölkələrində elmi əsas tutaraq sağlamlıqla bağlı problemlərin həllini tapmaq və digər məsələləri müzakirə olunur.

 

Forum çərçivəsində 16 oktyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klugeni ilə görüşmüşdür. Forum oktyabrın 17-nə qədər işini davam etdirəcək.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub