“Park Bulvar”da maarifləndirmə aksiyası keçirilib
16.10.2023 11:59
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar”da maarifləndirmə aksiyası keçirilib.
 
Bu məlumat Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilib.
 
İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib.
 
Ticarət mərkəzində yaradılmış güşədə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında insanlara məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.
 
Vətəndaşlara ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
 
Eyni zamanda, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır