İlham Əliyev ötən 20 ildə hər bir azərbaycanlının prezidenti, lideri olmağı bacarmış dövlət başçısıdır
15.10.2023 12:08

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili münasibətilə tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov nazirliyin əməkdaşlarını bu əlamətdar gun münasibətilə təbrik edib. Qeyd edib ki, cənab İlham Əliyev ötən 20 ildə hər bir azərbaycanlının prezidenti, lideri olmağı bacarmış dövlət başçısıdır.

 

Vurğulanıb ki, ölkəmizin bütün sahələrdə inkişafı, tərəqqisi, dünya dövlətləri sırasında özünə layiqli yer tutması cənab Prezidentin yorulmaz əməyinin hər birimizə qürur yaşadan məhsuludur. Bu gün hər bir azərbaycanlı əmindir ki, Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri arasında öz yerini daha da möhkəmləndirəcək.

 

Diqqətə çatdırılıb ki, biz də ölkəmizin bu dinamik inkişaf dövründə səhiyyə sahəsində yorulmaz fəaliyyətimizlə öz sözümüzü deməli, muxtar respublikada keyfiyyətli tibbi xidmətin təşkili istiqamətində lazımi butün təbdirləri həyata keçirməliyik.

 

Təbdirdə söz alan nazirliyin əməkdaşları ötən 20 ildə ölkəmizdə bütün sahələrdə yüksək inkişaf yolu keçildiyini, Prezident İlham Əliyevin siyasi fəaliyyəti sayəsində bu gün hər bir azərbaycanlının qürur yaşadığını, gələcəyə daha nikbin, ümidli baxdığını vurğulayıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub