ATU Türkiyənin Yeditepe Universiteti ilə əməkdaşlığa başlayır
11.10.2023 14:27

Azərbaycan Tibb Universiteti (ATU) ilə Yeditepe Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Yeditepe Universitetinin Tibb fakültəsinin dekanı, professor Sina Ercanla görüşdə ölkəmizdə keçirilən beynəlxalq konfransa qatıldığı üçün qonağa təşəkkürünü bildirib, Avropa Akkreditasiya Təşkilatı tərəfindən konfransın 24,5 balla akkreditə olunmasını təşkilatçıların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

Professor G.Gəraybəyli əsas diqqəti Türkiyə universitetləri ilə olan əməkdaşlığın səviyyəsinə yönəldib. Rektor qeyd edib ki, ATU-nun 30-dan çox tibb fakültəsi ilə əlaqələri var. Bu əlaqələr təkcə sənəd üzərində deyil, praktiki fəaliyyətdə təsdiqini tapan qardaşlıq münasibətləridir. Hazırda Tibb bacılığı ixtisası üzrə təhsil alan bir neçə tələbəmiz praktiki bacarıqlarını təkmilləşdirmək üçün Türkiyədədir.

 

Professor Sina Ercan səmimi qəbul üçün ATU-nun rektoru, professor G. Gəraybəyliyə təşəkkürünü bildirib. O, bu əlaqələrin Yeditepe Universiteti üçün də əhəmiyyətli olduğunu deyib.

 

Görüş zamanı ikili diplom və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, gələcək planlarla bağlı təkliflər səsləndirilib.

 

Görüşün sonunda ATU ilə Yeditepe Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda iki universitet arasında tələbə-müəllim mübadiləsi, birgə layihələrin icrası, ikili diplom məsələsində əməkdaşlıq və digər önəmli məqamlar nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub