Nicat İbrahimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək - TƏBİB
11.10.2023 11:34
TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkim mütəxəssislərin Azərbaycanda fəaliyyətinin təşviq edilməsinə hər zaman maraqlıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, danışıq və müzakirələr aparılır. Bunun da nəticəsində 100-dək xaricdə təhsil almış və ya çalışmış uzman-həkim bu gün tabeliyimizdəki ayrı-ayrı xəstəxana və tibb müəssisələrində çalışır.
Bu il təşkil etdiyimiz Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunda dünyanın ayrı-ayrı ölkələrindən (12 ölkə) 120-dən çox həkimin iştirakı, təcrübə mübadiləsi üçün regionlarda təşkil olunan təlim və görüşlərə həvəslə qatılması, tibb müəssisələrimizdə yaradılan şəraitlə tanış olması, simpoziumun açılış mərasimində yüksək rütbəli şəxslərin hesabat xarakterli və motivasiyaedici çıxışları, çağırışları, TƏBİB rəhbərliyi ilə görüşləri onlarda xüsusi stimul yaratmamış deyil. Həkimlərdən aldığımız geridönüşlər bizi də məmnun etdi və inanırıq ki, xaricdə çalışan daha bir neçə həkimin ölkəmizə geri qayıtmasına, fəaliyyətinə nail olacağıq.
Aztibb.az xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkədə paylaşıb.
Məlumatda deyilir: "Müzakirələrinizə cavab olaraq bildirirəm ki, İbrahimov Nicat Xalid oğlu 13 oktyabr tarixindən etibarən TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayacaqdır. Hazırda Azərbaycandadır və hətta xəstəxanadadır.
Nicat doktor da TƏBİB tərəfindən dəvət olunub, gəliş səbəbinin nə olmasından aslı olmayaraq, ona çoxminli təbiblərimizin sırasına qoşulduğu üçün təşəkkür edir və uğurlar arzulayırıq!"
Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda 12 ildir Almaniyada yaşayan və işləyən Nicat İbrahimovun Almaniyada aylıq 20 min avro maaşından imtina etdiyi bildirilir.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

