TƏBİB-in İcraçı direktoru Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşüb
11.10.2023 09:33
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin qəbullarını həyata keçirir. Növbəti belə görüş oktyabrın 10-da Respublika Perinatal Mərkəzində baş tutub.
Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, İcraçı direktor ilk olaraq Suqovuşan-Ağdərə istiqamətində şəhid olan Ağayev Rəşad Rövşən oğlunun ailəsi ilə görüşüb, şəhidin bu tibb mərkəzində dünyaya gələn 8 aylıq bacısına baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
Vüqar Qurbanov daha sonra tibb mərkəzində yeni doğulan üçəmlərə baş çəkərək valideynlərinə övladlarının doğum şəhadətnamələrini yerində təqdim edib.
İcraçı direktor tədris fəaliyyətlərini Respublika Perinatal Mərkəzində davam etdirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra İcraçı direktorun müavinləri, aidiyyəti departamentlərin rəhbərləri, tibb müəssisəsinin direktoru və rəhbər şəxslərin iştirakı ilə 7 nəfər tibb və qeyri-tibb personalı ilə təkbətək görüş keçirilib.
Sığortanın təşkili, ginekoloji, neonatoloji, reanimasiya və intensiv terapiya kimi xidmətlərin yaxşılaşdırılması, bu sahədə kadr potensialının gücləndirilməsi, avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat, xidmət əlçatanlığının təmin edilməsi, kadr çatışmazlığı, tibbi heyətin stimullaşdırılması, tibbi tullantıların utilizasiyası və s. kimi məsələlərlə bağlı müraciətlər dinlənilib.
Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti struktur bölmələrinə zəruri tapşırıqlar verilib.
Xidmət əlçatanlığının, keyfiyyətinin və pasiyent məmnunluğunun artırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirən Vüqar Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya, müəyyən etdiyi strateji xəttə uyğun olaraq bütün tibb müəssisələrində çalışan personalın əhalinin sağlamlığı istiqamətində TƏBİB tərəfindən müəyyən olunan hədəflərə nail olmaq üçün bundan sonra da əzmlə çalışmaqlarının vacibliyini vurğulayıb. O, qarşıdakı müddətdə mövcud çatışmazlıqların ətraflı təhlil olunaraq həlli istiqamətində intensiv və davamlı addımların atılacağını qeyd edib.
Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin Təhlükəsizlik bölməsində çalışan II Qarabağ müharibəsinin qaziləri İsmayılov Elvin Əli oğlu və Qəniyev Sadiq Rövşən oğlu ilə də görüşüb.
Ölkə başçısının müvafiq sərəncamları ilə İsmayılov Elvin Füzulinin, Xocavəndin azad olunmasına görə medalı, “Vətən Müharibəsi iştirakçısı” ordeni, Qəniyev Sadiq isə Füzulinin, Cəbrayılın azad olunmasına görə medal, eləcə də “Vətən Müharibəsi iştirakçısı” ordeni ilə təltif edilib.
Qəbulların məqsədi xəstəxana idarəçiliyinin və kadr potensialının yaxşılaşdırılması, eləcə də personalın rastlaşdığı problemlər, çatışmazlıqlarla yerində tanışlıq və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
Məlumat üçün bildirək ki, qəbulların TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində keçirilməsi nəzərdə tutulub.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

